2012/12/16

ÇÜNKİ; QALIQLAR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ İNKAR EDİR

Bunu qəbul etməliyik ki, tapılan qalıqlarda yaradılışçıların fikirlərinə əks olan  heç bir şey yoxdur. Edmund Ambrose

Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birindən törəmişlər. Əvvəldən yaşayan bir canlı növü zaman ərzində başqasına çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu çevrilmə yüz milyonlarla illik uzun bir zaman bölümünü əhatə etmiş və addım-addım irəliləmişdir.

İddiaya əsasən uzun çevrilmə müddəti ərzində saysız-hesabsız ara növləri meydana gəlməli və yaşamalı idi.

2010/10/11

ÇÜNKİ; TƏKAMÜL, AĞLA VƏ MƏNTİQƏ ZİDD BİR NƏZƏRİYYƏDİR

Əgər təbiətin dərinliklərində baş verən hadisələrin kompleksliliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətinliklə aydınlaşırsa, bu işlərin yalnız bir qəza, bir kor təsadüf əsəri olduğunu necə düşünə bilərik? PROF. PAUL DAVIES

Təkamül nəzəriyyəsinin elm və ağılla izah edilə bilməyən iddiasına görə, sonsuz kainatdakı heçlik, zamanla təsadüfən baş verən hadisələrin nəticəsində insanı meydana gətirmişdir. Bu inanılması qeyri-mümkün nəzəriyyəyə görə, tozun torpağın da olmadığı heçlikdə, əvvəl toz, torpaq, daşlar, sular, dağlar, okeanlar özbaşına meydana gəlmişdir.

ÇÜNKİ; TƏKAMÜL DARWİNİN TƏXƏYYÜLÜNƏ ƏSASLANIR

Milyon illərdir qüsursuz şəkildə davam edən sistemlərin təsadüflərin müvəffəqiyyəti (!) olduğunu düşünmək ağlı olan hamı üçün gülünc xəyaldır. ( Dr. Lee Spetner)

Təkamül nəzəriyyəsini hazırda müdafiə olunan şəkliylə ortaya atan adam, həvəskar təbiət alimi olan İngilis Çarlz Robert Darvindir. Darvin heç vaxt həqiqi biologiya təhsili almamışdı. Təbiət və canlılar mövzusunda yalnız həvəskar marağa sahib idi. Bu marağın nəticəsi olaraq 1832-ci ildə İngiltərədən yola çıxan və beş il müddətində dünyanın fərqli bölgələrini gəzən H. M. S. Bilq adlı rəsmi kəşf gəmisində könüllü olaraq iştirak etdi. Gənc Darvin bu gəzinti əsnasında gördüyü fərqli canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərindən çox təsirlənmişdi. Bu quşların dimdiklərindəki fərqlərin ətrafa uyğunlaşmalarından qaynaqlandığını düşündü. Bu düşüncəylə canlılardakı bütün fərqliliyin mənşəyində "ətrafa uyğunlaşma" anlayışının olduğunu fərz etdi. Darvin bu düşüncəsi ilə Allahın canlı növlərini ayrı-ayrı yaratdığı gerçəyinə qarşı çıxmış və canlıların ortaq atadan gələrək təbiət şərtləri nəticəsində bir-birlərindən fərqliləşdiklərini ortaya qoymuşdur.

2010/10/09

ÇÜNKİ; QUŞLARIN VƏ MƏMƏLİLƏRİN TƏKAMÜLÜ SSENARİDİR

Gözlərin və qanadların ortaq xüsusiyyəti tamamilə inkişaf etdiklərində vəzifələrini yerinə yetirmələridir. Başqa sözlə desək, əskik gözlə görülməz, yarım qanadla uçulmaz. Bu orqanların necə meydana gəldiyi təbiətin hələ tam açıqlanmamış sirlərindən biri olaraq qalmışdır. Engin Korur.

Təkamül nəzəriyyəsinə görə, həyat suda təkamülləşdikdən sonra amfibiyalarla quruya daşınmışdır. Amfibiyaların bir qismi də, nəzəriyyəyə əsasən sürünənlərə çevrilərək quruda yaşayan heyvan halına gəlmişdir. Belə bir çevrilmənin fizioloji və anatomik baxımdan qeyri-mümkün olduğunu, məsələn, suda inkişaf edən amfibiya yumurtasının, quru mühitdə inkişaf edən sürünən yumurtasına təkamülləşməsinin mümkün olmadığını göstərən çox sayda dəlil vardır.

Qalıqlara baxdığımızda isə, onsuz da belə bir çevrilmənin yaşanmadığını görürük: sürünənlər amfibiyalarla aralarında heç bir əlaqə olmadan, heç bir "ataları" olmadan yer üzünə çıxan canlılardır. Onurğalı paleontologiya mövzusunda nüfuzlu təkamülçü olan Robert Carroll "ən erkən sürünənlərin bütün amfibiyalardan çox fərqli olduqlarını və atalarının hələ təyin oluna bilmədiyini" qəbul etmək məcburiyyətində qalmışdır. (Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, New York: W. H. Freeman and Co., 1988, s. 198).

ÇÜNKİ; TƏKAMÜLÇÜLƏRİN FOSİLLƏRİ XARAKTERİZƏ ETMƏLƏRİ BİRTƏRƏFLİ VƏ HİYLƏGƏR ÜSLUBDADIR

Yumşaq qisimlərin təkrar inşası demək olar ki, mümkün deyil. Dodaqlar, gözlər, qulaqlar və burun kimi orqanların altlarındakı sümüklə heç bir əlaqəsi yoxdur. Məsələn, bir Neandertal başını həm bir meymuna, həm də bir filosofa bənzədə bilərsiniz. Əvvəlki insanların qalıqlarına əsaslanaraq aparılan canlandırmalar heç bir elmi dəyərə sahib deyildir və cəmiyyəti yönləndirmək məqsədilə bunlardan istifadə edilir... Bu səbəblə rekonstruksiyalara çox güvənilməməlidir. Earnest A. Hooton

2010/10/07

ÇÜNKİ; TƏKAMÜL, AĞLA VƏ MƏNTİQƏ ZİDD BİR NƏZƏRİYYƏDİR


Əgər təbiətin dərinliklərində baş verən hadisələrin kompleksliliyi, dünyanın ən ağıllı beyinləri tərəfindən belə çətinliklə aydınlaşırsa, bu işlərin yalnız bir qəza, bir kor təsadüf əsəri olduğunu necə düşünə bilərik? PROF. PAUL DAVIES

Təkamül nəzəriyyəsinin elm və ağılla izah edilə bilməyən iddiasına görə, sonsuz kainatdakı heçlik, zamanla təsadüfən baş verən hadisələrin nəticəsində insanı meydana gətirmişdir. Bu inanılması qeyri-mümkün nəzəriyyəyə görə, tozun torpağın da olmadığı heçlikdə, əvvəl toz, torpaq, daşlar, sular, dağlar, okeanlar özbaşına meydana gəlmişdir. Sonra bunlardakı bəzi atomlar necə oldusa təsadüfən birləşərək kalsium, fosfor, karbon kimi elementləri meydana gətirmişdir. Bu cansız, ağlı, yaddaşı, məlumatı, şüuru olmayan elementlər də milyonlarla il içində necə oldusa nəfəs alan, danışan, düşünən, sevinən və kədərlənən bir ruha sahib olan, icadlar edə biləcək zəkaya, məlumata, şüura sahib, yaddaşı olan, kitabxanalarla kitablar yazan insanlara çevrildilər. Yəni toz, torpaq, palçıq yığınları, milyardlarla il içində təsadüflərin təsiriylə əti, canı, qanı olan, fövqəladə fabriklər tikərək bu fabriklərdə ən son model avtomobillər istehsal edən, kosmos sistemləri quran, saraylar tikən, sənət möcüzələri meydana gətirən insanlara çevrilmişdir. Daşın, torpağın təsadüflər nəticəsində bir gün  insana çevrildiyinə inanmaq, uşaq nağıllarına inanmaqdan daha da məntiqsiz və ağıldankənardır. Uşaqlar da belə bir nağıla inanmazlar.